Dünya çempionu AVRO-da iştirak edəcək

Xəbərlər
29 Avqust 2023 14:40
95
Dünya çempionu AVRO-da iştirak edəcək

Sentyabrın 7-9-da Haaqada gənclər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək.

İdman.biz -in məlumatına görə, Azərbaycan millisi yarışa 16 idmançı ilə qatılıb.

Ərizəyə Nizami İmranov (60 kq), Aydın Rzayev, Nicat Nağıyev (hər ikisi 66 kq), Vüsal Qələndərzadə, Süleyman Əliyev (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Vüqar Talıbov, İsmayıl Zamanov (hər ikisi 90 kq), Kənan Nəsibov (+100 kq), Könül Əliyeva, Vüsalə Hacıyeva (hər ikisi 48 kq), Aidan Vəliyeva, Xədicə Qədaşova (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) daxildir.

Maraqlıdır ki, X.Qədaşova bir müddət əvvəl Zaqrebdə yeniyetmələr arasında dünya çempionu adını qazanıb və indi özünü yeniyetmələr səviyyəsində sınayacaq.

Haaqadakı AVRO-da ümumilikdə 41 ölkənin komandası iştirak edəcək.

Nicat Zəkiyev

İdman.biz