Azərbaycan millisinin yeni üzvləri üçün maarifləndirici seminar baş tutub - FOTO

Xəbərlər
12 Yanvar 2026 18:27
39
Azərbaycan millisinin yeni üzvləri üçün maarifləndirici seminar baş tutub - FOTO

Cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin yeni üzvləri üçün sağlam qidalanma və performans mövzusunda maarifləndirici seminar keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası (ACF) məlumat yayıb.

Bildirilib ki, seminar ACF-nin tədris proqramı çərçivəsində təşkil olunub və gənc cüdoçuların idman inkişafında düzgün qidalanmanın roluna həsr edilib.

Təlim zamanı yeniyetmə yaş dövründə qidalanmanın niyə kritik olduğu, enerji səviyyəsi, diqqət və bərpa proseslərinə təsiri, karbohidratların düzgün istifadəsi, hidratasiya və bərpa pəncərəsinin əhəmiyyəti sadə və praktik nümunələrlə izah edilib.

Beynəlxalq turnir təcrübələrindən real nümunələr təqdim olunaraq, səhv qidalanma və plansız çəkisalmanın performansa mənfi təsirləri vurğulanıb.

İdman.Biz