4 çəkidə qaliblər müəyyənləşib

Xəbərlər
15 Dekabr 2023 20:14
160
4 çəkidə qaliblər müəyyənləşib

Bu gün qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı start götürüb.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə 4 çəkidə qaliblər müəyyənləşib

Qadınlar 48 kq və 63 kq, kişiləri isə 60 kq və 81 kq çəki dərəcələrində qələbə uğrunda yarışıblar.

Qadınların mübarizəsində 63 kq çəki dərəcəsində Leyla Əliyeva qalib olub. Yığmanın üzvü bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 48 kq çəkidə Şəfəq Həmidova çempionatı birinci pillədə başa vurub.

Kişilərin turnirində 60 kq çəkidə Nazir Talıbov, 81 kq çəkidə isə Məmmədrza Hacızadə Azərbaycan çempionu olublar.

Qeyd edək ki, sabah daha 4 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Qadınlar
48 kq

Şəfəq Həmidova
Ramilə Əliyeva
Xumar Qasımzadə
Leyla Dəmirova

63 kq
Leyla Əliyeva
Kamilla Töhəliyeva
Diana Şoranova
Leyla Atayeva

Kişilər
60 kq

Nazir Talıbov
Babarəhim Mirzəyev
Hüseyn Allahyarov
Kənan Hüseynov

81 kq
Məmmədrza Hacızadə
Kərim Allahverdiyev
Ömər Rəcəbli
Qədir Hüseynov

İdman.biz

Məqalədə: