Azərbaycanın dörd cüdoçusu kata üzrə dünya çempionatında iştirak edəcək

Xəbərlər
6 Noyabr 2025 23:26
25
Azərbaycanın dörd cüdoçusu kata üzrə dünya çempionatında iştirak edəcək

Noyabrın 8–9-da Fransanın paytaxtı Parisdə kata üzrə keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.

İdman.Biz xəbər verir ki, yığma yarışda 4 cüdoçu ilə təmsil olunacaq.

İdmançılarımız “nage-no-kata” və “katame-no-kata” üzrə çıxış edəcəklər.

Nage-no-kata
İsmayıl Rzayev – tori (hücum edən idmançı)
Samir İsmayılov – uke (hücum edilən idmançı)

Katame-no-kata
Rafiq Nəcəfov – tori
Əmrah Əhmədov – uke

Qeyd edək ki, turnirdə 37 ölkədən 466 cüdoçu qüvvəsini sınayacaq.

İdman.Biz