Azərbaycan cüdoçularından Qran-pridə REKORD NƏTİCƏ

Xəbərlər
20 Oktyabr 2025 09:32
74
Azərbaycan cüdoçularından Qran-pridə REKORD NƏTİCƏ

Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-pridə bütün rekordları qırıb.

İdman.Biz xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası (IJF) sosial şəbəkə hesabında paylaşım edib.

“Azərbaycan bu turnirdə bütün rekordları qırır! Kokauri Lukaş Krpalekə qalib gəldi və komandanın altıncı qızıl medalını qazandı”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Qran-pridə altı qızıl, üç bürünc mükafata sahib çıxıblar.

İdman.Biz