“İmişli” Qubada “Qəbələ”nin qonağı olacaq

Xəbərlər
18 Oktyabr 2025 09:17
52
“İmişli” Qubada “Qəbələ”nin qonağı olacaq

Misli Premyer Liqasında VIII turun matçları davam edir.

İdman.Biz xəbər verir ki, ikinci oyun günündə “İmişli” Qubada “Qəbələ”ni sınağa çəkəcək.

Görüş saat 14:30-da start götürəcək. Misli Premyer Liqasında yeddi oyundan sonra səkkiz xalı olan İmişli təmsilçisi doqquzuncu pillədə qərarlaşıb. Dörd xalı olan “Qəbələ” isə 11-ci yeri tutur.

18 oktyabr (şənbə)
14:30. “İmişli” - “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Quba OİK stadionu

Qeyd edək ki, VIII tura oktyabrın 19-da yekun vurulacaq.

İdman.Biz