Azərbaycan cüdoçuları Meksikada doqquz medal qazandılar - FOTO

Xəbərlər
20 Oktyabr 2025 09:12
67
Azərbaycan cüdoçuları Meksikada doqquz medal qazandılar - FOTO

Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-prini doqquz medalla başa vurublar.

İdman.Biz xəbər verir ki, onlardan altısı qızıl, üçü bürünc əyarlıdır.

Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Vüsal Qələndərzadə (81 kq), Zelim Kotsoyev (81 kq) və Uşanqi Kokauri (+100 kq) qızıl mükafata sahib çıxıblar.

Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Murad Fətiyev (90 kq) bürünc medalla kifayətləniblər.

Beləliklə, Azərbaycan komandası medal sıralamasında birinci yeri tutub.

İdman.Biz