Elnur Məmmədov Dünya Etnosport Konfederasiyasının Beynəlxalq Forumunda - FOTO

Xəbərlər
21 Aprel 2025 16:37
296
Elnur Məmmədov Dünya Etnosport Konfederasiyasının Beynəlxalq Forumunda - FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində Dünya Etnosport Konfederasiyasının VII Beynəlxalq Forumu keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə Beynəlxalq Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan, bir sıra ölkələrin idman nazirləri və idman sahəsinə məsul nümayəndələri iştirak ediblər.

Forumda Azərbaycanı Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov və Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndəsi Müzadil Həsənov təmsil ediblər.

Forum çərçivəsində həmçinin 6-cı ənənəvi idman mükafatlarının təqdimetmə mərasimi də baş tutub. Azərbaycan Atçılıq Federasiyası etnosportun inkişafına verdiyi töhfəyə görə mükafatlandırılıb.

İdman.biz