Federasiya prezidenti: “10 komandalıq yerimiz var idi”

Müsahibə
10 İyun 2024 17:04
501
Federasiya prezidenti: “10 komandalıq yerimiz var idi”

Beynəlxalq Çövkən Federasiyasının (BÇF) bayrağı altında tədbir Bakıda keçirilir.

İdman.biz xəbər verir ki, bunu BÇF prezidenti Bəhruz Quliyev paytaxtımızda təşkil olunan dünya çempionatının açılış mərasimindən sonra deyib.

O bildirib ki, mundialda 3 qitəni təmsil edən yığmalar iştirak edir: “Bu, millilər arasında debütantlar da var. Bu gün federasiyasının növbədənkənar Baş Assambleyası keçirilib. İclasda üzvlüyə yeni ölkələr qəbul olundu. Artıq böyük bir ailəyə çevrilmişik. Dünya çempionatı bundan sonra iki ildən bir keçiriləcək. Qitə çempionatları isə tək illərdə baş tutacaq”.

Onun sözlərinə görə, 19 üzvü olan AÇF üçün 10 komandanın iştirakı yaxşı göstəricidir: “Komandaların və üzvlərin artırılması ilə bağlı ciddi iş aparırıq. Düşünürəm ki, növbəti dünya çempionatlarında bundan iki dəfə artıq komanda iştirak edəcək. Mundialda atlar Azərbaycan tərəfindən verilir və bu səbəbdən 10 komandalıq yerimiz var idi. Təxminən isə 15-ə yaxın ölkədən sifarişlərimiz var idi. Növbəti çempionatda onların da iştirakını nəzərə alacağıq”.

Nəbiyev bildirib ki, növbəti dünya çempionatının ev sahibi sabah dəqiqləşəcək

Banuçiçək Hüseynli
İdman.biz