Azərbaycan Atçılıq Federasiyası sponsorlara səslənib: “Yeni layihələr var” - VİDEO

Xəbərlər
20 May 2024 12:46
161
Azərbaycan Atçılıq Federasiyası sponsorlara səslənib: “Yeni layihələr var” - VİDEO

“Biz daim sponsor axtarışındayıq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev bu gün keçirilən mətbuat konfransında deyib.

Qurum rəsmisi bildirib ki, federasiyanın başqa gəlir mənbəyi olmadığı üçün sponsorların tapılması ilə bağlı axtarışlar davam edir: “Azərbaycan Çövkən Liqasında yüksək mükafat fondu nəzərdə tutulur. Bu, yarışın gedişatı zamanı açıqlanacaq. İştirakçı komandaların əsas marağı da mükafatla bağlıdır. 2026-ci ildən ikinci liqa təşkil etmək istəyirik. Daha az təminatlı komandaları həmin aşağı liqada mübarizəsini təmin edəcəyik. Liqanın sonunda isə yüksək xal qazanan komanda daha yuxarı liqaya yüksələcək. Çox yeniliklər edəcəyik. Qarşıda yeni layihələr var. Komandaların sayının artması bizim üçün çox vacibdir”.

Qeyd edək ki, Peşəkar Çövkən Liqasına mayın 21-də start veriləcək.

Banuçiçək Hüseynli
İdman.biz