Peşəkar Çövkən Liqasında növbəti turun oyunları keçirilib.
İdman.Biz xəbər verir ki, turun ən maraqlı qarşılaşmasında çempionluğa iddialı “Polad” və “Sərhədçi” komandaları üz-üzə gəliblər. Görüş “Polad”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər matçda “Elite” “Embawood”a 1:0 hesabı ilə qalib gəlib. Turun daha iki oyununda isə 5:1 hesabı qeydə alınıb. “Şamaxı” “Xəzər”i, “Zəfər” isə “Omar”ı məğlub edib.
“Buta Golden” komandasının çempionatdan kənarlaşdırılması səbəbindən “Atilla”ya 6:0 hesablı texniki qələbə verilib. Beləliklə, komanda aktivinə ilk üç xalı yazıb.
Fərdi göstəricilərə gəlincə, “Sərhədçi”nin oyunçusu Vahid Məmmədov 24 qolla sərrast oyunçular siyahısına başçılıq edir. “Polad”ın üzvü Samir Pirimov isə 19 qolla ikinci pillədə qərarlaşıb.
