Azərbaycanda ilk beynəlxalq çimərlik polo turniri keçiriləcək

20 Avqust 2026 21:39
99
Azərbaycanda ilk beynəlxalq çimərlik polo turniri keçiriləcək

Azərbaycanda ilk dəfə keçiriləcək beynəlxalq çimərlik polo turniri sentyabrın 11-dən 13-dək Xəzər sahilində təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, yarışda Böyük Britaniya, İsveçrə, Rusiya və Azərbaycan komandaları mübarizə aparacaqlar. Turnirdə Böyük Britaniya komandası, İsveçrənin “St. Moritz”, Rusiyanın “Moscow Polo Club” və Azərbaycanın “Elite Polo Club Azerbaijan” klubları iştirak edəcəklər.

Yarışda Elçin Camallı, Adrian Laplaset, Aleks Vatson, Aqustin Kronhaus, Maykl Henderson, Matias Amaya, Santyaqo Sernadas, Mixail Rodzyanko və digər tanınmış poloçuların iştirakı gözlənilir.

Qum üzərində keçiriləcək qarşılaşmalar sentyabrın 11-i, 12-si və 13-də saat 16:00-da başlayacaq.

Turnir çərçivəsində poloçular sürət, texnika və komanda oyununda bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, yarış üçün VIP və standart biletlərin satışı iTicket.az vasitəsilə həyata keçirilir.

İdman.Biz