Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə 12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının qrup mərhələsində növbəti qarşılaşmalar keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, Binə Atçılıq Mərkəzində təşkil olunan ilk oyunda “Elit” komandası “Embavud”u 4 cavabsız qolla üstələyib.
Günün ikinci qarşılaşmasında isə “Sərhədçi” “Zəfər” komandasına 4:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 12-ci Prezident Kubokunun növbəti oyunları dekabrın 20-də keçiriləcək.
