Qarabağ atları Türkiyəyə göndəriləcək - FOTO

Xəbərlər
3 Oktyabr 2025 17:18
41
Qarabağ atları Türkiyəyə göndəriləcək - FOTO

Ağcabədi şəhərində yerləşən Qarabağ Atçılıq Kompleksindən beş Qarabağ atı Türkiyənin Sivas şəhərinə göndərilməsi üçün seçilib.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan¬da keçirilən III MDB Oyunları ilə əlaqədar səfərdə olan Türkiyənin Çövkən idmanı üzrə rəhbəti Fatih Köse məlumat verib.

Bildirilib ki, burada ölkənin ilk ixtisaslaşmış çövkən kompleksi inşa olunub.

Fatih Köse jurnalistlərə açıqlamasında qeyd edib ki, Türkiyə qədim oyunun dirçəldilməsinə böyük önəm verir və Azərbaycanın dəstəyi ilə bu idman növünün birgə inkişafı istiqamətində fəal iş aparır.

Xatırladaq ki, çövkən yarışları Şəki şəhər stadionunda keçirilir. Türkiyə yığması qrup mərhələsini üçüncü pillədə başa vuraraq turnirdə çıxışını yekunlaşdırdı. Azərbaycan milli komandası isə inamlı iki qələbə qazanaraq yarımfinala yüksəlib və medal uğrunda mübarizəsini davam etdirir.

İdman.biz