NHL-də "Nyu-York Reyncers" klubunun yeni baş məşqisi bəlli olub.
İdman.biz xəbər verir ki, bu barədə prezident və baş menecer Kris Druri açıqlama yayıb.
O, komandaya Mayk Sallivanın rəhbərlik edəcəyini bildirib. Druri Nyu-York təmsilçisinin təcrübəli mütəxəssislə uğurlar əldə olunacağını ümid etdiyini deyib. Pley-offa vəsiqə qazana biıməyən "Reyncers" aprelin 19-da Piter Laviolettlə yollarını ayırıb.
Qeyd edək ki, Sallivan bir neçə gün əvvəl 10 il işlədiyi "Pittsburq Pinqvinz"dən ayrılıb. Onun rəhbərliyi ilə "pinqvinlər" iki dəfə Stenli kubokunu qazanıblar.
İdman.biz