Çexiyada keçirilən hokkey üzrə dünya çempionatının yarımfinalçıları bəlli olub.
İdman.biz xəbər verir ki, favoritlər 1/4 finalda qələbə qazanıblar.
Kanada yığması Slovakiyanın qapısından 6 şayba keçirib. Skandinaviya derbisində İsveç overtaymda Finlandiyanı məğlub edib. Meydan sahibləri isə yeganə qolla ABŞ-ı mübarizədən kənarlaşdırıblar.
Dünya çempionatı-2024
1/4 final
23 may
Kanada – Slovakiya – 6:3
İsveçrə - Almaniya – 3:1
İsveç – Finlandiya – 2:1 (OT)
ABŞ – Çexiya – 0:1
Yarımfinal
25 may
İsveç – Çexiya
Kanada – İsveçrə
İdman.biz