“Arizona” Solt-Leyk-Sitiyə köçür

Xəbərlər
11 Aprel 2024 15:45
“Arizona” Solt-Leyk-Sitiyə köçür

NHL təmsilçisi “Arizona Koyots”un satılması gündəmə gəlib.

İdman.biz xəbər verir ki, klub növbəti mövsümdə Solt-Leyk-Sitini təmsil edə bilər.

Arizona təmsilçisinin səhmdarları komandanı satmaq qərarına gəlib. “Smith Entertainment Group” şirkəti klubu almaqda maraqlı olması xəbərləri yayılıb. Bu kompaniya NBA-da çıxış edən “Yuta Cazz” klubunun sahibidir. Əgər razılaşma baş tutarsa, komanda yeni şəhərə köçəcək və ilk dövlər öz oyunlarını “Delta” basketbol arenasında keçirəcək.

Qeyd edək ki, NHL artıq 2024/2025 mövsümü üçün 2 təqvim üzərində işləyir. Təşkilat mümkün satışdan sonra çətinliklə üzləşməmək üçün bu addımı atır.

İdman.biz

Məqalədə: