Azərbaycanın hokkey komandasın baş məşqçisi: “Beynəlxalq səviyyəyə çıxmaq niyyətindəyik”

Xəbərlər
12 Fevral 2024 17:39
Azərbaycanın hokkey komandasın baş məşqçisi: “Beynəlxalq səviyyəyə çıxmaq niyyətindəyik”

“Bizdə hokkey komandasının qurulması bir müddət əvvəl başlayıb. Yarım ildə xeyli irəliləyişə nail olmuşuq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycanda yeni yaradılan hokkey komandasının baş məşqçisi Aleksandr Blinov jurnalistlərə açıqlamasında deyib.

O, formalaşmaqda olan komandanın hazırlığından danışıb: “Bu növlə məşğul olan uşaqların sayı da artıb. Əvvəl bir, iki, üç nəfərlə hazırlıq keçirdik. İndi isə komandada 17-20 oyunçu var. Bu uşaqlar fərqli yaş qrupları və fərqli səviyyələrdədirlər. Amma biz işləyirik. Əvvəl buz üzərinə heç sürüşə də bilməyən uşaqlar indi ümumi qrupla məşq edirlər. Ən əsası odur ki, hamı böyük istəklə məşqlərə gəlir. Hamı məmnundur, xoşlarına gəlir. Onlar məşqə bayrama gəldikləri kimi gəlirlər”.

Mütəxəssis komandanın hədəflərinə də toxunub: “Qarşımıza ən yüksək hədəflər qoymuşuq. Yarışlara çıxmaq, turnirlərdə iştirak etmək istəyirik. Beynəlxalq səviyyəyə çıxmaq niyyətindəyik. Əks-halda isə heç mənası olmaz. Hədəflərə çatmaq üçün burada hər şey mümkün qədər keyfiyyətli, maksimal dərəcədə sürətlə edilir. Düşünürəm ki, qarşıdakı 5 ildə konkret nə isə deyə bilərik”.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: