ABŞ-də, Milli Xokkey Liqası (NHL) çərçivəsində baş tutan "Kolorado" – "Los-Anceles" matçı fanat səbəbindən dayandırılıb.
İdman.Biz xəbər verir ki, azarkeşlərindən biri qonaq komanda "Los-Anceles"in hücumçusu Quinton Bayfeld tərəfindən yerinə yetirilən, lakin reallaşmayan buliti (xokkeydə “penalti zərbəsi”) həddindən artıq emosional şəkildə qeyd edərkən qoruyucu şüşəni sındırıb.
Hadisədən sonra oyun müvəqqəti olaraq dayandırılıb.
