Olimpiya çempionumuz Fəxri Fərmanla təltif edilib - FOTO

Xəbərlər
31 Oktyabr 2023 11:29
159
Olimpiya çempionumuz Fəxri Fərmanla təltif edilib - FOTO

Azərbaycanın tanınmış həndbolçusu Rəfiqə Şabanova Fəxri Fərmanla təltif edilib.

Federasiyadan İdman.bizə verilən məlumata görə, Olimpiya çempionu 80 yaşının tamam olması münasibətilə qurumun prezidenti Saleh Məmmədovla görüşdə buna layiq görülüb.

Məmmədov yubilyara xoş sözlərini çatdırıb, ona can sağlığı arzulayıb.

Qeyd edək ki, Rəfiqə Şabanova SSRİ millisinin heyətində 1976-cı ildə keçirilən Monreal Olimpiadasının qızıl medalına yiyələnib. O, 1983-cü ildə Beynəlxalq Həndbol Federasiyası Kubokunu qazanıb. Dəfələrlə SSRİ çempionatının gümüş və bürünc mükafatçısı olan R.Şabanova SSRİ Xalqlarının Spartakiadasının gümüş medallarını da qazanıb.

İdman.biz