İsgəndər Əsgərov Türkiyə klubunun oyununda EHF nümayəndəsi olacaq

Xəbərlər
13 Oktyabr 2023 15:02
122
İsgəndər Əsgərov Türkiyə klubunun oyununda EHF nümayəndəsi olacaq

Beynəlxalq dərəcəli deleqat İsgəndər Əsgərov növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, kişi həndbolçuların Avropa kuboku turnirinin ikinci mərhələsinin “Beykoz BLD SK” – “HC Vise BM” görüşündə Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.

Türkiyə və Belçika təmsilçilərinin oyunu oktyabrın 15-də İstanbul “Recep Şahin Göktürk” idman kompleksində keçiriləcək.

Qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər idarə edəcəklər.

İdman.biz