Kişi həndbolçulardan ibarət “Kür” klubunun avrokuboklardakı mümkün rəqibləri bəlli olub.
İdman.biz xəbər verir ki, Avropa kubokunun 3-cü mərhələsinin püşkatması ərəfəsində iştirakçılar səbətlərə bölünüb.
Azərbaycan təmsilçisi “Kür” ikinci səbətdə yer alıb. Mingəçevir klubu birinci səbətdəki 16 komandadan biri ilə qarşılaşacaq. Burada “Vest Vyana” (Avstriya), “İzvidaç” (Bosniya və Herseqovina), “Mesto Lovositse” (Çexiya), AEK, “Olimpiakos” (hər ikisi Yunanıstan), “Haukar” (İslandiya), “Drammen”, “Arendal” (hər ikisi Norveç), “Minaur Baia Mare” (Rumıniya), “Krka”, “Selye”, “Yeruzalem Ormoz” (hamısı Sloveniya), “Partizan” (Serbiya), “Pfadi Vintertur” (İsveçrə), “Povajka Bistritsa” (Slovakiya) və “Beşiktaş” (Türkiyə) klubları yer alıblar.
Qeyd edək ki, sabah keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
İdman.biz