Dünya çempionatının püşkü atılıb

Xəbərlər
30 May 2024 00:57
143
Dünya çempionatının püşkü atılıb

Kişi həndbolçular arasında 2025-ci ildə keçiriləcək dünya çempionatının püşkatması olub.

İdman.biz xəbər verir ki, 32 yığma 8 qrupda mübarizə aparacaq.

Mundiala ilk dəfə üç ölkə ev sahibliyi edəcək. Çempionat gələn il yanvarın 14-dən fevralın 2-dək Xorvatiya, Danimarka və Norveçdə keçiriləcək.

Reqlamentə görə, qruplarda ilk 3 yeri tutan komandalar növbəti mərhələyə yüksələcəklər. 2-ci turda 24 yığma 4 qrupda yarışacaq. Bu mərhələdə qrupların 2 ən güclüsü 1/4 finalda oynamaq hüququ qazanacaq.

A qrupu: Almaniya, İsveçrə, Polşa, Çexiya.
B qrupu: Danimarka, Tunis, Əlcəzair, İtaliya.
C qrupu: Avstriya, Küveyt, Qətər, Fransa.
D qrupu: Macarıstan, Qvineya, Şimalı Makedoniya, Niderland.
E qrupu: Norveç, ABŞ, Braziliya, Portuqaliya.
F qrupu: İsveç, Çili, Yaponiya, İspaniya.
G qrupu: Sloveniya, Kabo-Verde, Kuba, İslandiya.
H qrupu: Хorvatiya, Bəhreyn, Argentina, Misir.

İdman.biz