Azərbaycan yığması 4-cü yeri tutub

Xəbərlər
21 May 2024 12:38
265
Azərbaycan yığması 4-cü yeri tutub

Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan qadın həndbolçular arasında Mərkəzi Asiyanın açıq çempionatında son oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız üçüncü yer uğrunda oyunda Qazaxıstan təmsilçisi “Astana” ilə görüşüb.

Millimiz 28:31 hesabı ilə uduzub. Turniri mükafatsız başa vuran komandamız 4-cü yerlə kifayətlənib.

Qeyd edək ki, millimiz qrup mərhələsində Özbəkistan təmsilçiləri OKMK-i 30:28, ROPSTTM-i 39:31, Qazaxıstanın ALMATA REGİON klubunu 28:20 hesabı ilə məğlub edib, yarımfinalda “Özbəkistan TJ” ya uduzub - 28:29.

İdman.biz

Məqalədə: