Millimizdən ilk məğlubiyyət - YARIMFİNALDA

Xəbərlər
20 May 2024 14:04
114
Millimizdən ilk məğlubiyyət - YARIMFİNALDA

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan qadın həndbolçular arasında Mərkəzi Asiyanın açıq çempionatında yarımfinal mərhələsi start götürüb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi “Özbəkistan TJ” ilə qarşılaşıb.

Yığmamız 28:29 hesabı ilə uduzub. Bu, qrup mərhələsində bütün görüşlərdə qalib gələn komandamızın ilk məğlubiyyəti olub.

Qeyd edək ki, millimiz bunadək Özbəkistan təmsilçiləri OKMK-i 30:28, ROPSTTM-i 39:31, Qazaxıstanın ALMATA REGİON klubunu 28:20 hesabı ilə məğlub edib.

İdman.biz

Məqalədə: