“Bakı” və “Qarabağ” autsayderlərə qalib gəlib

Xəbərlər
3 Fevral 2024 22:21
125
“Bakı” və “Qarabağ” autsayderlərə qalib gəlib

Həndbol üzrə Azərbaycan çempionatında IX turun iki oyunu baş tutub.

İdman.biz xəbər verir ki, kişilərin yarışında “Bakı” və “Qarabağ” qələbə qazanıb.

Yüksək yerlər uğrunda mübarizə aparan hər iki komanda autsayderləri məğlub edib. “Bakı” “Təhsil”i, “Qarabağ” “İdman Akademiyası”na qalib gəlib.

Qeyd edək ki, tura sabah qadınların yarışında “Kür – Gənclərbirliyi”, kişilərin mübarizəsində isə “Kür” – “Dinamo” matçları ilə yekun vurulacaq.

IX tur
Kişilər
3 fevral

Bakı – Təhsil – 40:23
İdman Akademiyası – Qarabağ – 16:36

İdman.biz

Məqalədə: