Vidadi Əliyev cənub bölgəsinə koordinator təyin olunub

Xəbərlər
4 Dekabr 2025 16:05
68
Vidadi Əliyev cənub bölgəsinə koordinator təyin olunub

Azərbaycan Həndbol Federasiyasında (AHF) yeni təyinat olub.

İdman.Biz federasiyaya istinadən xəbər verir ki, “Azəryol” həndbol komandasının sabiq baş məşqçisi Vidadi Əliyev AHF-nin cənub bölgəsi üzrə koordinatoru təyin edilib.

Onun rəhbərliyi ilə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarında 2012-2013-cü il təvəllüdlü oğlanlardan ibarət yeni komandaların formalaşdırılması istiqamətində işlər aparılacaq.

Qeyd edək ki, V.Əliyev daha əvvəl kişilərdən ibarət “İdman Akademiyası” ilə yanaşı, milli komandanın baş məşqçisi vəzifəsində çalışıb.

İdman.Biz