Aleksandr Revvanı bu məşqçi əvəz edəcək - YENİLƏNİB

Xəbərlər
28 Noyabr 2025 20:52
238
Aleksandr Revvanı bu məşqçi əvəz edəcək - YENİLƏNİB

Qadın həndbolçulardan ibarət “Azəryol” klubuna müvəqqəti baş məşqçi təyin olunub.

İdman.Biz AZƏRTAC-a istinadən bildirir ki, komanda Yelena Namaliyevaya tapşırılıb.

59 yaşlı mütəxəssis bu vəzifədə istefaya göndərilmiş Aleksandr Revvanı əvəzləyib.

17:37

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Revva ilə yollar ayrılıb.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, buna komandanın uğursuz nəticələri səbəb olub.

Yığma son olaraq, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mükafatçılar sırasına düşə bilməyib.

Qeyd edək ki, Aleksandr Revva 2023-cü ilin oktyabr ayından Azərbaycan yığmasına rəhbərlik edirdi. Rusiyalı mütəxəssis, həmçinin qadın həndbolçulardan ibarət “Azəryol” komandasından da istefaya göndərilib.

İdman.Biz