Azərbaycanın həndbol millisi beynəlxalq turnirdə ikinci oyununda da uduzub

Xəbərlər
27 Noyabr 2025 22:34
24
Azərbaycanın həndbol millisi beynəlxalq turnirdə ikinci oyununda da uduzub

Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi Kosovonun paytaxtə Priştinada keçirilən “IHF Trophy” beynəlxalq turnirində növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, yığma Kosovo komandası ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 34:24 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 turnirdəki ilk matçında Böyük Britaniya seçməsinə 27:32 hesabı ilə uduzub. Azərbaycan komandası növbəti görüşlərini Belçika və Bolqarıstana qarşı keçirəcək.

İdman.Biz