“Kür” Avropa Kubokunda “Çair”ə məğlub oldu - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN - FOTO/VİDEO

13 Noyabr 2026 18:35
81
“Kür” Avropa Kubokunda “Çair”ə məğlub oldu - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Qadın həndbolçulardan ibarət “Kür” komandası EHF Avropa Kubokunun üçüncü mərhələsində ilk oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Mingəçevir təmsilçisi “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Şimali Makedoniyanın “Çair” klubu ilə qarşılaşıb. Gərgin mübarizə qonaqların 27:24 hesablı qələbəsi ilə başa çatıb.

Komandaların cavab görüşü noyabrın 15-də eyni arenada keçiriləcək və saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Kür” turnirin ikinci mərhələsində Kiprin APOEL klubunu inamla mübarizədən kənarlaşdırıb: hər iki görüş Mingəçevir komandasının qələbəsi ilə yekunlaşıb - 40:18 və 39:13. “Çair” isə birbaşa üçüncü mərhələyə vəsiqə qazanıb.

İdman.Biz