“Kür” komandası heyətini yeni oyunçu ilə gücləndirib

Xəbərlər
28 Noyabr 2025 15:22
43
“Kür” komandası heyətini yeni oyunçu ilə gücləndirib

Qadın həndbolçulardan ibarət “Kür” komandası heyətini yeni oyunçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, Mingəçevir təmsilçisi monteneqrolu Esma Muratoviçlə müqavilə imzalayıb.

Ölkəsinin “Danilovqrad” klubunun yetirməsi olan 29 yaşlı həndbolçu karyerası ərzində müxtəlif illərdə Portuqaliya, Türkiyə, İsrail, Kosovo, İtaliya və Yunanıstan çempionatlarında çıxış edib. Onun sonuncu klubu “Qorçe Petrov” (Şimali Makedoniya) olub.

Qeyd edək ki, Muratoviç “Kür”ün heyətində 7 nömrəli formanı geyinəcək.

İdman.Biz