Azərbaycan millisinin üzvü Luiza Nikitçenko Beynəlxalq Həndbol Federasiyasının 17 yaşadək qızlar arasında təşkil etdiyi "Trofi" turnirində fərqlənib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.
"Qarabağ"ın üzvü yarışın ən sərrast oyunçusu seçilib. Millinin heyətində Böyük Britaniya, Kosovo, Belçika və Bolqarıstan yığmlarına qarşı meydana çıxan L.Nikitçenko ümumilkdə rəqib qapılarından 35 top keçirib.
Ona turnirin xüsusi mükafatı təqdim edilib.
