"Kür" liderin qonağı olacaq

Xəbərlər
13 Dekabr 2023 21:54
122
"Kür" liderin qonağı olacaq

Sabah həndbol üzrə Azərbaycan çempionatında V tura start veriləcək.

İdman.biz xəbər verir ki, turun oyunları 3 gün ərzində baş tutacaq.

İlk oyun günündə hər iki qarşılaşma qadınların mübarizəsində keçiriləcək. Maksimum nəticə göstərən “Qarabağ” “Bakı” ilə üz-üzə gələcək. Autsayderlərin görüşündə isə “İdman Akademiyası” favorit sayılır. "Kür" isə səfərdə "Azəryol"la münasibətlərə aydınlıq gətirəcək.

Kişilərin yarışında isə liderləri asan oyunlar gözləyir. “Kür”ün “İdman Akademiyası” ilə qarşılaşmada çətinlik çəkəcəyi gözlənilmir.

V tur
14 dekabr
Qadınlar

16:00. “İdman Akademiyası” – “Gənclərbirliyi”
17:30. “Qarabağ” – “Bakı”

16 dekabr
Qadınlar

12:00 “Azəryol” – “Kür”

Kişilər
10:00. “Təhsil” – “Qarabağ”
14:00. “Bakı” – “Azəryol”

17 dekabr
Kişilər

“Kür” – “İdman Akademiyası”

İdman.biz