Azərbaycanın qadın həndbol millisi İslamiadada keçirdiyi ilk qarşılaşmada məğlubiyyətlə üzləşib - YENİLƏNİB + FOTO

Xəbərlər
15 Noyabr 2025 17:06
193
Azərbaycanın qadın həndbol millisi İslamiadada keçirdiyi ilk qarşılaşmada məğlubiyyətlə üzləşib - YENİLƏNİB + FOTO

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ilk oyununu keçirib.

İdman.Biz xəbər verir ki, B qrupunda yer alan komanda Özbəkistanla qarşılaşıb.

“Green Hall” Olimpiya Kompleksində keçirilən oyun rəqib komandanın 28:26 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığma növbəti oyununu noyabrın 17-də Qazaxıstan seçməsinə qarşı keçirəcək.

10:43

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunlarında Özbəkistanla matçının başlama saatı dəyişdirilib.

İdman.Biz xəbər verir ki, bu barədə AHF-nin mətbuat xidməti məlumat yayıb.

“Green Hall” Olimpiya Kompleksində təşkil olunacaq görüş əvvəldən nəzərdə tutulduğu kimi bu gün Bakı vaxtı ilə saat 17:00-da deyil, 15:00-da start götürəcək.

Qeyd edək ki, milli B qrupunda Qazaxıstan və Özbəkistan komandaları ilə mübarizə aparacaq.

İdman.Biz