Rusiya və Belarus idmançıları Avropa Gimnastikasının yarışlarına buraxılmayacaq

Xəbərlər
1 Dekabr 2023 15:21
119
Rusiya və Belarus idmançıları Avropa Gimnastikasının yarışlarına buraxılmayacaq

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada Avropa Gimnastikasının (AG) prezidenti Fərid Qayıbovun rəhbərliyi ilə qurumun Konqresi öz işinə başlayıb.

İdman.biz xəbər verir ki, Avropa Gimnastikasının Baş Assambleyası 2024-cü il yanvarın 1-dən Rusiya və Belarus idmançılarının, həmçinin rəsmilərinin qitə yarışlarına qayıtmasına icazə verilməsinin əleyhinə səs verib.

Beləliklə, iyulda Lozannadakı İcraiyyə Komitəsi Rusiya və Belarus idmançılarının 1 yanvar 2024-cü il tarixindən neytral statusda beynəlxalq yarışlarda iştirakına icazə versə də, AG Beynəlxalq Gimnastika Federasiyasının qərarını dəstəkləməyib.

Nicat Zəkiyev

İdman.biz