İyun ayında Çinin Tsunyi şəhərində keçirilən Asiya çempionatında 4-cü yeri tutaraq dünya çempionatına vəsiqə qazanan Şimali Koreyanın idman gimnastikası komandası dünya çempionatında iştirakdan imtina edib.
İdman.Biz xəbər verir ki, buna baxmayaraq Dünya Gimnastikası (World Gymnastics) təşkilatının yarışın iştirakçıları ilə bağlı siyahısında Şimali Koreyanın əvəzinə Malayziyanın adı yer alıb.
Maraqlıdır ki, Şimali Koreyanın qazandığı vəsiqədən niyə imtina etdiyi rəsmi olaraq açıqlanmayıb.
Dünya çempionatı oktyabrın 17-dən 25-dək Niderlandın Rotterdam şəhərində keçiriləcək.
Yarış 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Olimpiya Oyunlarına seçim mərhələlərindən biri olacaq.
