Avropa Gimnastikasının 32-ci Konqresi 2027-ci ildə Bakıda keçiriləcək.
İdman.Biz xəbər verir ki, Zaqrebdə təşkil olunan idman gimnastikası üzrə Avropa çempionatı çərçivəsində bununla bağlı rəsmi imzalanma mərasimi baş tutub.
Müqaviləni Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov və Azərbaycan Gimnastika Federasiyasının baş katibi imzalayıblar.
Bununla da 32-ci Avropa Gimnastikası Konqresinin 2027-ci il dekabrın 10-11-də Azərbaycanın paytaxtında keçirilməsi rəsmiləşib.
Konqresdə Avropa Gimnastikasına üzv 50 federasiyanın nümayəndələri iştirak edəcəklər. Tədbir zamanı gimnastikanın gələcəyi, inkişaf istiqamətləri və təşkilati məsələlərlə bağlı mühüm mövzular müzakirə olunacaq.
