Nikita Simonov Avropa çempionatında finala yüksəldi

20 Avqust 2026 00:24
105
Nikita Simonov Avropa çempionatında finala yüksəldi

Xorvatiyanın Zaqreb şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Nikita Simonov uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, böyüklər arasında mübarizə aparan Simonov halqalarda təsnifat mərhələsində 14,166 xal toplayıb.

Bu nəticə ilə Azərbaycan gimnastı yeddinci pilləni tutaraq final mərhələsinə yüksəlib.

Avropa çempionatı avqustun 23-dək davam edəcək.

İdman.Biz