Güləşçilər idman gimnastları ilə məşq ediblər - FOTO

Xəbərlər
25 Noyabr 2023 22:52
237
Güləşçilər idman gimnastları ilə məşq ediblər - FOTO

Noyabrın 24-də Sumqayıt Olimpiya İdman Kompleksinin güləşçiləri Milli Gimnastika Arenasına səfər ediblər.

İdman.biz xəbər verir ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində güləşçilər idman gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri ilə birgə məşqlərdə iştirak ediblər.

İdman gimnastikası üzrə kişilərdən ibarət yığma komandanın məşqçilərinin rəhbərliyi altında keçirilən məşqlər zamanı yeniyetmə və gənc idmançılar (9-14 yaş) fiziki hazırlıq hərəkətləri ilə yanaşı, xüsusi gimnastika hərəkətlərini yerinə yetiriblər.

İdman.biz