Bu gün Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 3-cü səviyyəyə aid nəzəri və təcrübi kurslar start götürüb.
İdman.biz xəbər verir ki, seminar bolqarıstanlı mütəxəssis, dünya çempionu Siyana Bojilova tərəfindən keçirilir.
O, əsasən 11-13 yaşlı gimnastlarla çalışan məşqçilərə nəzəri və təcrübi dərslər verib. Kurs zamanı master-klass da nəzərdə tutulub.
Zəki Feyzullayev
İdman.biz