Tofiq Əliyev Dünya kubokunun finalından kənarda qalıb

Xəbərlər
7 İyul 2025 13:32
41
Tofiq Əliyev Dünya kubokunun finalından kənarda qalıb

Avropa çempionatının gümüş mükafatçısı Tofiq Əliyev Koimbrada (Portuqaliya) keçirilən tamblinq üzrə Dünya kubokunda mübarizəni dayandırıb.

İdman.biz xəbər verir ki, birinci təsnifat mərhələsində Azərbaycan millisinin idmançısı ikinci, ikinci mərhələdə isə komanda yoldaşı Bilal Qurbanovla birgə yarımfinala yüksələrək altıncı yeri tutub.

Yarımfinal mərhələsində səkkiz iştirakçıdan dördü finala yüksəlib. Tofik yarımfinalda altıncı, Qurbanov isə səkkizinci yerlə kifayətləndiyindən mükafatlar uğrunda mübarizədən kənarda qalıblar.

Qeyd edək ki, ilin əvvəlində Əliyev Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanıb.

İdman.biz