Bu gün Almaniyanın Leypsiq şəhərində idman gimnastikası üzrə Avropa çempionatına start verilir.
İdman.biz xəbər verir ki, yarışda 6 gimnastımız mübarizə aparacaq.
Komandamızın heyətinə Dünya kubokunun gümüş medalçısı Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov, Murad Ağarzayev və Dəniz Əliyeva daxildir.
İlk gündə qadınların təsnifat mərhələsi baş tutacaq.
Qeyd edək ki, Avropa çempionatında 37 ölkədən idmançılar iştirak edəcək. Kişilərin yarışında 165, qadınların yarışında isə 136 gimnast güclərini sınayacaq.
İdman.biz