İspaniyanın Marbella şəhərində bədii gimnastika üzrə məşqçilik kursları keçirilir.
İdman.biz xəbər verir ki, Avropa Gimnastikasının Texniki Komitəsi ilə İspaniya Gimnastika Federasiyasının birgə təşkil etdiyi kurslara Azərbaycan yığmasının məşqçiləri də qatılıblar.
“Fərdi gimnastlar və qrup komandaları üçün fiziki və psixoloji hazırlıq” mövzusunda keçirilən kurslarda məşqçilər Səbinə Hacıyeva, Elnarə Hüseynova, Yevgeniya Vilyayeva, Aleksandra Reyş, Svitlana Olefir, Safura Qurbanova iştirak edirlər.
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü, bədii gimnastika üzrə Azərbaycan millisinin məşqçisi Siyana Vasileva isə ekspert qismindədir.
Qeyd edək ki, kurslar noyabrın 17-də başa çatacaq.
İdman.biz