Bakıda ilk dəfə Avropa Gimnastikasının Konqresi keçiriləcək

19 İyun 2026 16:20
125
Bakıda ilk dəfə Avropa Gimnastikasının Konqresi keçiriləcək

Avropa Gimnastikasının 32-ci Konqresi 2027-ci ildə Bakıda keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

İlk dəfə Bakıda təşkil olunacaq tədbirə 50 federasiya qatılacaq.

Qeyd edək ki, Avropa Gimnastikasının 32-ci Konqresi 2027-ci il dekabrın 10-11-də baş tutacaq.

Xatırladaq ki, gənclər və idman naziri Fərid Qayıbov 2017-ci ildən Avropa Gimnastikasının prezidentidir.

İdman.Biz