Tamblinq üzrə Azərbaycan yığması Birmingemdə keçirilən dünya çempionatının finalına yüksəlib.
İdman.biz xəbər verir ki, Mixail Malkin, Adil Hacızadə, Elnur Məmmədov və Tofiq Əliyevdən ibarət heyət təsnifat mərhələsini birinci pillədə başa vurub.
Azərbaycanlı “dördlük” 168,700 bal toplyaraq, Böyük Britaniya, Danimarka, ABŞ v Portuqaliya komandalarını geridə qoyub.
Fərdi yarışlarda Mixail Malkin 59,000 ballıq nəticə tənsifat mərhələsini lider başa vurub. Malkinlə yanaşı, Tofiq Əliyev (7-cü yer, 55,100) və Adil Hacızadə (12-ci yer, 54,600) final mərhələsinə vəsiqə əldə ediblər.
Zəki Feyzullayev
İdman.biz