Bakıda keçirilən üzrə Dünya kubokunda ən çox mükafatı ukraynalı bədii gimnast Taisiya Onofriyçuk qazanıb.
İdman.biz xəbər verir ki, o, halqa ilə qızıl, çoxnövçülükdə, top və lentlə gümüş, gürzlərlə bürünc medal əldə edib.
Olimpiya çempionu Daria Varfolomeev iki qızıl medala yiyələnib. Alman gimnast gürzlərlə və lentlə finalda birinci olub.
Yay Oyunlarının bürünc mükafatçısı italiyalı Sofia Raffaelli isə çoxnövçülükdə birinci olub. Kiprli Vera Tuqolukova topla hərəkətlərdə qalib adına layiq görülüb.
Qrup komandalarında hər üç qızıl medal müxtəlif ölkələrin payına düşüb. Bolqarıstan çoxnövçülükdə, Çindən olan Olimpiya çempionları beş lentlə hərəkətdə, Yaponiya isə üç top və iki halqa ilə hərəkətdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İdman.biz