Akrobatika gimnastikasında qaliblər bəlli olub - FOTO

Xəbərlər
2 Noyabr 2023 17:48
261
Akrobatika gimnastikasında qaliblər bəlli olub - FOTO

Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən aerobika gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin ikinci gününə start verilib.

İdman.biz xəbər verir ki, günün ilk yarısında akrobatika gimnastikası üzrə qarışıq hərəkətlər proqramında balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında qaliblər müəyyənləşib.

İdman.biz