Aerobika və akrobatika üzrə ölkə çempionatında ən güclülər müəyyənləşir - FOTO

Xəbərlər
1 Noyabr 2023 17:11
412
Aerobika və akrobatika üzrə ölkə çempionatında ən güclülər müəyyənləşir - FOTO

Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində aerobika üzrə 7-ci ölkə çempionatı və açıq Bakı birinciliyi, eləcə də akrobatika üzrə 28-ci Azərbaycan çempionatı və paytaxt birinciliyi start götürüb.

İdman.biz xəbər verir ki, iki gün davam edəcək yarışda 178 idmançı bir araya gəlib.

Aerobika yarışında “Ocaq Sport”, “Qreys” və Sumqayıt klublarından 110 idmançı mübarizə aparır.

Akrobatika yarışında “Ocaq Sports”, “Neftçi”, Bakı Gimnastika Məktəbi və Nizami rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Məktəbindən 68 gimnast iştirak edir.

Çempionatda gənclər, yeniyetmələr və böyüklər arasında yarışlar da keçirilir.

Nicat Zəkiyev

İdman.biz