Akrobatika və aerobika üzrə Azərbaycan çempionatlarının tarixi dəqiqləşib

Xəbərlər
20 Oktyabr 2023 11:34
125
Akrobatika və aerobika üzrə Azərbaycan çempionatlarının tarixi dəqiqləşib

Azərbaycan Gimnastika Federasiyası növbəti daxili yarışların keçiriləcəyini açıqlayıb.

İdman.biz xəbər verir ki, noyabrın 1-2-də aerobika üzrə 7-ci ölkə çempionatı və Bakı açıq birinciliyi, həmçinin akrobatika üzrə 28-ci Azərbaycan çempionatı və paytaxt birinciliyi təşkil olunacaq.

Yarışlar Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.

Qeyd edək ki, akrobatika komandası hazırda Varnada keçirilən Avropa çempionatında mübarizə aparır və artıq iki qızıl və bir gümüş mükafata sahib olub.

İdman.biz