Bolqarıstanın Varna şəhərində akrobatika gimnastikası üzrə Avropa çempionatının ilk günü arxada qalıb.
İdman.biz saytı xəbər verir ki, Azərbaycan yığması 31-ci dəfə təşkil olunan yarışda gümüş medal qazanıb.
Azərbaycanın gənc qızlardan ibarət komandası temp hərəkətləri proqramında ikinci yeri tutub. Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qrup fəxri kürsüdə yer alıb.
İdman.biz